...

Saakaşvili Rusiya ilə müharibənin bərpa olunacağını az ehtimal edir

Siyasət Materials 23 Yanvar 2009 19:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/

Rusiya Federasiyasının iqtisadiyyatının çökdüyü bir şəraitdə Moskvanın Gürcüstana qarşı yeni müharibəyə başlama mümkünlüyü az ehtimal olunur.  Bu barədə cümə günü Gürcüstanın İctimai Televiziyasının birbaşa efirində ölkə prezidenti Mixail Saakaşvili bəyan edib.

Lakin o,qeyd edib ki, hər gün gürcü polisinin öldürülməsi faktı Gürcüstan üçün qəbuledilməzdir və bu, müharibənin hələ də davam etdiyinin  müəyyən göstəricisidir.

Saakaşvili bildirib ki, Gürcüstan öz azadlığı uğrunda mübarizə aparacaq.

"Axı əfqanlar,almanlar və digər xalqlar sülh yolu ilə qalibgəliblər.Biz də ədalətsizliyin olmaması üçün mübarizə aparacağıq və bizim həqiqətimiz qalib gələcək", -  deyə o, bildirib.

Gürcüstan prezidenti  də qeyd edib ki, yeni təcavüz təhlükəsi sonadək aradan qaldırılmayıb.

"Nə qədər ki, hazırkı rəhbərlər Moskvada hakimiyyətdədir, onların bizim haqqımızda düşündüyünü hesab etmirəm. Orada çıxışlar və aksiya olacaq və mən düşünürəm ki,müharibə az ehtimal olunur", - deyə o, bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti