...

Qırğızıstanda məskunlaşan Ahıska Türklərinin siyahıya alınması davam edir

Siyasət Materials 26 Yanvar 2009 17:47 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 yanvar/ Trend , müxbir R.Мəşədihəsənli/ 1944-cü ildə Stalin repressiyası zamanı Gürcüstandakı doğma yurdlarından Orta Asiya və Qazaxıstana sürgün olunan və hazırda Qırğızıstanda məskunlaşan Ahıska Türklərinin siyahıya alınma proqramı davam etdirilir. Bu barədə bu gün Trend müxbirinə Qırğızıstandakı Ahıska Milli Mərkəzindən məlumat veriblər.

Məlumata görə, keçən ildən başlanan siyahıyaalma Qırğızıstanın Ahıska Türkləri yaşayan yerlərində aparılır və bu ilin martında başa çatdırılacaq. Ölkədə məskunlaşan Ahıska Türklərinin təxmini sayı 45-50 min arasındadır və sürgünlük illərində, eləcə də sonrakı dönəmlərdə onların bir qismi ali təhsil almaq və dövlət orqanlarında çalışmaq üçün milliyyətini azərbaycanlı kimi qeydiyyatdan keçirmişdi.

Bu gün Ahıska Türkləri Qırğızıstanın Çuy, Calalabad, Oş vilayətlərində və Bişkek şəhərində yığcam halda yaşamaqdadırlar.  

Xəbər lenti

Xəbər lenti