Bu gün Almaniyanın Vesbaden şəhərində İranın nüvə problemi ilə bağlı beynəlxalq görüş keçiriləcək.
İTAR-TASS -ın verdiyi xəbərə görə, görüşdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya (5+1) iştirak edəcək.
İran ölkənin nüvə proqramının sülh mahiyyəti daşıdığına təkid edir, Avropa və ABŞ isə Tehranın nüvə silahı yaradacağından ehtiyatlanır. BMT Təhlükəsizlik Şurası İsram Respublikası ilə bağlı beş qətnamə qəbul edib ki, bu qətnamələrdən üçü iqtisadi qadağaları əhatə edir.