Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Məsələyə dair ölkəmizin mövqeyi barədə məlumat verən nazir E.Məmmədyarov, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin mümkünlüyünü bildirib. Bu haqda xəbəri AzərTac agentliyi yayıb.