İran, Tehran, 15 fevral / Trend , müxbir A.Namdari / Kiprdə tutulan İran gəmisində silah istehsalı üçün materiyalların tapılması gözlənilməz deyil. Bizim də ABŞ rə Rusiya kimi istənilən ölkəyə silah satmaq hüququmuz var - deyə İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari bugün Trend -a bildirib.
Kipr rəsmiləri İranın gəmisini saxlatdıraraq, silah istehsalı üçün xam materiyallar tapdığını bildirib. Gəminin 90 kanteynerini saxlatdıraraq bildirib ki, gəminin yükü BMT Təhlükəsizlik Şurasının İrana qarşı tədbiq etdiyi qətnamələri pozur.
Şəhriyari Kipr hakimiyyətini tənqid edərək bildirib ki, İranın çox ölkələrlə hərbi müqaviləsi var və İran onlardan bəzilərinə silah satır. "Güman edirəm ki, İran gəmisi silah istehsalı üçün materiyalları hərbi müqaviləsi olan bir ölkəyə aparırmış. Bu beynəlxalq qanunları pozmur. ABŞ və Rusiya kimi ölkələr istədiyi ölkəyə silah satırlar, bilmirəm İrana gəldikdə nə üçün bu məsələ qalmaqal törədir? " - deyə Təhlükəsizlik Komissiyasının üzvu bildirib.
Kipr rəsmiləri ehtimal ediblər ki, gəmi Suriyaya gedirmiş. Gəmi Kiprin bayrağı altında hərəkət edirmiş. Rəsmi Tel-Əviv bu haqqda İranı gəmidəki materiyalları Həmasa çatdırmaq məqsədi olmaqda ittiham edib. İran XİN sözçüsü Həsən Qəşqavi mətbuat konfransında gəminin yükünün Həmasa göndərilməsini təkzib edib.
Kipr hakimiyyəti cümə günü yaydığı rəsmi bəyanatda bildirib ki, Munçegurkest gəmisindəki materiyalları Limasol limanında boşaldaraq, ölkənin cənubunda yerləşən hərbi qərargahda saxlatdırıb. Kipr hakimiyyəti gəmidəki yükün İrana qaytarılmayacağını elan edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]