...

Azərbaycanda ümid edirlər ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişilməz qalacaq - Milli Məclisin deputatı

Siyasət Materials 22 Fevral 2009 20:25 (UTC +04:00)
Azərbaycanda ümid edirlər ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişilməz qalacaq - Milli Məclisin deputatı

Azərbaycan, Tovuz, 22 fevral / Trend , müxbir E.Rüstəmov/ Azərbaycanın vətəndaşları ümid edirlər ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi üzrə siyasətində mövqeyi dəişilməz qalacaq, bazar günü jurnalistlərə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Millət vəkili Qənirə Paşayeva və "Zaman-Azərbaycan" qazetinin baş redaktoru Enes Cansevər Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar Türkiyənin nüfuzlu media təmsilçiləri ilə birlikdə Tovuz rayonunda keçiriləcək tədbirlərdə iştirak ediblər. Qonaqlar sərhədyanı zonada yerləşən kəndlərə baş çəkiblər.

Səfərdə "Zaman", "Yeni Şəfəq", "Kanal 7", "Auksion", "Bu gün" və "Star" kimi nüfuzlu Türkiyə mətbuat orqanlarının təmsilçiləri iştirak edib.

Səfərin əsas məqsədi Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı məlumat verməkdir.

Xocalı soyqırımı 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilib. Baş verən faciə zamanı 106-sı qadın və 83-ü uşaq olmaqla 613 nəfər öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub.

"Auksion" jurnalının əməkdaşı Tuncar Çətinin fikirincə, Türkiyə Ermənistanla sərhədləri açılmamalıdır.

"Zaman-Azərbaycan" qazetinin baş redaktoru Enes Cansevərin sözlərinə görə, Ermənistan hər zaman bizə uydurulmuş soyqırım barədə deyir, lakin əsil soyqırım 1992-ci ilin fevralın 26-da Xocalı şəhərində törədilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti