...

Misirdə baş verən terror aktına haqq qazandırmaq olmaz – NATO-nun Baş katibi

Siyasət Materials 23 Fevral 2009 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir Y.Ostapenko/ Bazar günü Qahirədə baş verən partlayış ilə bağlı başsağlığı verən NATO-nun Baş katibi Yap de Hoor Sxeffer hesab edir ki, Misirin paytaxtında baş verən partlayışlar kimi terror aktlarına haqq qazandırılmamalıdır. Bu barədə NATO-nun press relizində məlumat verilir.

"Bu cür rəzil və düşüncəsiz hücumlara haqq qazandırılmamalıdır", - deyə Sxeffer bildirib.

Fevralın 22-də Misirin paytaxtında Əl-Hüseyniyyə məscidinin yaxınlığında partlayış baş verib. Nəticədə fransalı turist qadın həlak olub və daha 24 nəfər yaralanıb. Əsasən Qahirənin əcnəbi qonaqları - 17 fransız, 1 Almaniya vətəndaşı, 3 Səudiyyə Ərəbistanı vətəndaşı və üç misirli xəsarət alıb.

Sxeffer NATO-nun adından Qahirədəki terror aktını pisləyib və "dəhşətli hadisə" ilə bağlı Misir xalqı və prezident Hüsnü Mübarəkə başsağlığı verib. Baş katib bir Fransa vətəndaşının həlak olması ilə bağlı prezident Sarkoziyə başsağlığı verib və Misir, Səudiyyə Ərəbistanı, Fransa və Almaniyanın xəsarət alan vətəndaşlarının tezliklə sağalacaqlarına ümid etdiyini bildirib.

"NATO terrorizm bəlası ilə mübarizə aparmaq üçün Misir və Aralıq dənizi dialoqunun digər üzvləri ilə əməkdaşlığı davam etdirəcək", - deyə Sxeffer vurğulayıb.

Polisin məlumatlarına görə, hadisə yerində metal qrıqları və mismar ilə doldurulmuş əldəqayırma partladıcı qurğu partladılıb. O, məscidin qarşısındakı meydanda daş oturacağın altında yerləşdirilib. Məhz burada turistlər arasında məşhur olan Xan əl-Halil bazarı yerləşir.

Faciə yerinə gələn təhlükəsizlik qüvvələrinin nümayəndələri daha sonra daha bir partladıcı qurğu aşkar ediblər. Qurğunu vaxtında zərərsizləşdirmək mümkün olub.

Məqalə müəlliıi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti