...

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Siyasət Materials 24 Fevral 2009 20:11 (UTC +04:00)

Türkiyə, Ankara, 24 fevral / Trend , müxbir A.Ələsgərov / Bu həftə Türkiyə prezidenti Abdulla Gülün sədrliyi ilə Çankaya prezident iqamətgahında Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək. Toplantı iştirakçılarının terror təşkilatı olan PKK ilə bağlı vəziyyəti və Türkiyə-Avropa İttifaqı münasibətlərini müzakirə edəcəkləri gözlənilir. "Sabah"-ın verdiyi xəbərə görə, iclasda Türkiyə-İsrail münasibətləri ilə yanaşı, Daxili İşlər Nazirliyi yanında Türkiyədə anti-terror cəhdlərini birləşdirən yeni idarənin yaradılması məsələsi də müzakirə olunacaq.  

Xəbər lenti

Xəbər lenti