...

EPF-nin iclasında Gürcüstan parlamentinin vitse-spikeri qaçqınların vəziyyəti barədə məruzə edib

Siyasət Materials 27 Fevral 2009 16:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 fevral / Trend , müxbiri N. Kirtsxaliya / Gürcüstan parlamentinin vitse-spikeri Qiqi Tsereteli Brüsselə səfər çərçivəsində Avropa Parlamenti Forumunun (EPF) icra komitəsinin iclasında iştirak edib.

EPF-nin əsas istiqamətləri Avropa parlamentlərində əhali və inkişaf məsələləri ilə bağlı işlərin aparılmasıdır. Sözügedən təşkilatda 27 Avropa parlamentləri qrupu, idarə komitəsində isə Belçika, Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya, İspaniya, Litva, İsveç, Finlandiya və Gürcüstan da daxil olmaqla on ölkə yer alır. İclasda çıxış edən Tsereteli əsasən avqust hadisələrindən ziyan çəkən qaçqınların vəziyyətini vurğulayıb. 

"EPF-nin xüsusi missiyası qaçqınların vəziyyətinin öyrənilməsi və dəyərləndirilməsi məqsədi ilə Gürcüstanda olduğundan bu məsələ qurumun xüsusi maraq dairəsindədir. Bununla belə, Avropa Parlament Forumu donor konferensiyalarına və EPF-yə üzv olan ölkələrə Gürcüstana yardım etmələri üçün müraciət ünvanlayıb", - Tsereteli vurğulayıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti