...

İordaniya Türkmənistanda səfirlik açmağı planlaşdırır

Siyasət Materials 2 Mart 2009 18:07 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 02 mart / Trend , müxbir E.Həsənov / Aşqabada gəlmiş İordaniya kralının Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Abdulla Saleh Əbdürrəhim Voriyekat İordaniya ilə Türkmənistan arasında olan münasibətlərin prespektivlərini və Türkmənistanda İordaniya Krallığının diplomatik missiyasının açılması məsələlərini müzakirə edir. 

İordaniyalı diplomat Türkmənistan XİN-ində görüşlər keçirib. Türkmənistan prezidenti yanında karbohidrogen ehtiyatlardan istifadə və idarəetmə dövlət agentliyi də daxil olmaqla bir sıra dövlət strukturlarında görüşlər planlaşdırılıb.

Danışıqlarda tərəflər iqtisadiyyatlarının qarşılıqlı təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirirlər. İlkin olaraq yanacaq-enerji sektoruna, neft-kimya və tekstil sahələrinə, kənd təsərrüfatına, tikinti sahəsinə və sərmayə sferasına önəm verilib. Haşimilər Krallığının nümayəndə heyəti Türkmənistanın YEK sahəsində və nəqliyyat-kommunikasiya sektorundakı uzunmüddətli strategiyası ilə tanış olublar.

Aşqabad həm də Xəzər dənizi sahilində "Avaza" dəniz-turizm kurortunu da qonaqlara təqdim edib.  

Rəsmi Aşqabad son iki ildə xarici siyasətinin əsas prioriteti kimi ərəb dünyası ölkələri ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasını vurğulayır. İordaniya ilə münasibətlərə təkan verən məqam yüksək səviyyədə təşkil olunan görüşlər olub. 2008-ci ilin sonlarında ilk dəfə olaraq İordaniya kralı II Abdulla ibn Əl Hüseyn Türkmənistana rəsmi səfər edib. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun da İordaniyaya səfəri nəzərdə tutulsa da dəqiq vaxtı hələ də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti