...

Prezident İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Siyasət Materials 2 Mart 2009 19:07 (UTC +04:00)

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pirvanovu milli bayram münasibətilə təbrik edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb. 

Məktubda ölkə başçısı Azərbaycan-Bolqarıstan münasibətlərinin hazırkı səviyyəsindən və iki ölkə arasında əlaqələrin genişlənməsindən məmnun olduğunu, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə sıx əməkdaşlığın, regional qurumlar və transmilli layihələr çərçivəsində birgə səylərin bundan sonra da səmərəli şəkildə davam edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti