...

PKK terror təşkilatı ortaq düşmənimizdir -ABŞ Dövlət katibi

Siyasət Materials 7 Mart 2009 17:00 (UTC +04:00)
PKK terror təşkilatı ortaq düşmənimizdir -ABŞ Dövlət katibi

ABŞ Dövlət Katibi Hillari Klitnon Türkiyənin Xarici İşlər Naziri ilə görüşündə PKK terror təşkilatının hər iki dövlət üçün təhlükəli olduğunu bildirib. Bu haqda TRT2 məlumat verib.

"Biz Türkiyə ilə ortaq düşmənimiz olan PKK terror təşkilatını müzakirə etmişik "-deyə ABŞ Dövlət Katibi Klinton bildirib.

Hillari Klinton onu da bildirib ki, ABŞ Türkiyənin Avropa Birliyinə girməsini də dəstəkləyir.

"ABŞ -Türkiyə əlaqələri dostluq və qardaşlıq çərçivəsində inkişaf etməkdədir və bundan sonra da bu əlaqələr daha da yaxçı olacaq."-deyı o əlava edib

Babacan ilə görüşdən sonra Hillari Klintonun Türkiyə Prezidenti Abdullah Gül ilə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti