...

Türkmənistanda Avstraliya səfiri akkreditə olub

Siyasət Materials 10 Mart 2009 20:36 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 mart / Trend , müxbir E.Həsənov /

Türkmənistanın Milli telekanalı "Altın Asır"ın verdiyi məlumata əsasən, Türkmənistan Məclisinin (parlament) sədri Akca Nurberdıyev Avstraliyanın fövqəladə və səlahiyyətli səfiri Marqaret Eylin Tuminin etibarnaməsini qəbul edib.

Söhbət zamanı Eylin Tumi neft-qaz sahəsində və BMT də daxil olmaqla beynəlxalq miqyasda Türkmənistanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.  

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədovun adından qonağı təbrik edən spiker Avstraliya ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı yolunda uğurlar arzulayıb.

Avstraliyalı diplomat Türkmənistan siyasətinin daxili və xarici istqamətləri ilə və ölkə iqtisadiyyatının müxtəlif sahələrindəki proqramlarla yaxından tanış olub. Tərəflər yaxın zamanda iki ölkə arasındakı münasibətlərin yeni imkanlara və maraqlara cavab verən mərhələyə qədəm qoyacağına əminliklərini bildiriblər. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti