...

Azərbaycan Prezidenti YUNESKO-nun baş direktorunu qəbul edib

Siyasət Materials 19 Mart 2009 18:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
YUNESKO-nun rəhbəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib. Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunan Matsuura ölkəmizdə mədəniyyət sahəsində də böyük işlərin görüldüyünü söyləyib.
Azərbaycan Prezidenti dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində də sürətli inkişafa nail olunduğunu, Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Prezident İlham Əliyev Matsuuranın ölkəmizə bu səfərinin Azərbaycanla YUNESKO arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti