...

Gürcüstan rəhbərliyi ultimatumları nəzərdən keçirmir – parlamentin vitse-spikeri

Siyasət Materials 30 Mart 2009 21:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani hesab edir ki, mövcud problemlərin dialoq yolu ilə həlli çoxları üçün qəbuledilən olsa da, ölkə rəhbərliyi ultimatum formasında təqdim olunan tələblərə baxmayacaq.
"Rəhbərlik konstitusiyon dəyişikliklər, iqtisadi böhran və işsizliklə bağlı müxalifətlə əməkdaşlıq etməyə hazırdır. Lakin hakimiyyət üçün "sən get, mən gəlirəm" metodu qəbuledilməzdir", - jurnalistlərlə söhbət zamanı vitse-spiker deyib.
Maçavarianinin sözlərinə görə, hakimiyyət problemləri həll etmək məqsədi ilə müxalifətə danışıqlar rejimini təklif edir.  
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti