...

AŞPA Avropadakı münaqişələrin qarşısının alınması yollarını axtaracaq

Siyasət Materials 31 Mart 2009 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.Rüstəmov /

Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Avropada münaqişələrin səbəbləri, növləri, monitorinqi və həlli yolları AŞPA-nın ilkin xəbərdarlıq və Avropada münaqişələrin qarşının alınması üzrə Alt Komitəsi tərəfindən sentyabrın 24-25-də müzakirə ediləcək.

Müzakirələr Alt Komitə və AŞ katibliyi tərəfindən təşkil edilmiş konfrans çərçivəsində aparılacaq. Bu barədə Trend -a Avropa Şurasının parlament konfransının Alt Komitəsinin əməkdaşı Metyu Volş (Matthew Walsh) elektron poçtla bildirib.

AŞPA-nın Avropada münaqişələrin qarşısının alınması üzrə Alt Komitəsi 2008-ci ildə noyabr ayının 17-də Siyasi məsələlər üzrə komitənin iclasından sonra yaradılıb. Alt Komitə vəziyyətin analizi və Avropada münaqişələrin qarşısının alınması üzrə qəbul edilən tədbirlər istiqamətində AŞPA Bürosu tərəfindən konkret təkliflərin irəli sürülməsi məqsədilə yaradılıb.

Onun sözlərinə əsasən, konfransa AŞPA-nın bütün üzvləri, həmçinin Azərbaycan və Ermənistandan da nümayəndə heyəti dəvət olunacaq.

Cənubi Qafqazın iki ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqların iddiası nəticəsində yaranıb. 1991-ci ilin dekabrın ayında Dağlıq Qarabağ (Şuşa və Xocalıdan başqa) Azərbaycanın nəzarəti altından çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayon işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs barədə razılığa gəliblər. O zamandan etibarən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti