...

Türkiyə-Ermənistan əlaqələrinin inkişafından hər iki tərəf razıdır - nazir

Siyasət Materials 1 Aprel 2009 12:40 (UTC +04:00)
Türkiyə-Ermənistan əlaqələrinin  inkişafından hər iki tərəf razıdır - nazir

Türkiyənin xarici işlər naziri Əli Babacan 2007-ci ildən bünövrəsi qoyulan Türkiyə-Ermənistan əlaqələrinin inkişafından hər iki tərəfin razı olduğunu bildirib. Bu haqda Türkiyənin MİLLİYƏT qəzeti məlumat verib.

"Türkiyə-Ermənistan əlaqələrinin inkişafından hər iki tərəf razıdır. Problemlərin həlli istiqamətində yaxşı şans əldə etmişik", - deyə Babacan bildirib.

Trend -un arayışı: Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti