...

Gürcüstan Xristian-Demokrat Hərəkatının liderləri ABŞ-a səfər ediblər

Siyasət Materials 1 Aprel 2009 16:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan xristian-demokratlarının liderləri - parlamentarilər Georgi Tarqamadze və Nikoloz Laliaşvili bu gün ABŞ-a səfər ediblər.

"Səfər çərçivəsində ABŞ-ın yeni administrasiyasının nümayəndələri ilə, Dövlət departamentində və Milli təhlükəsizlik şurası üzvləri ilə görüş keçiriləcək", - Xristian-Demokrat Hərəkatının (XDH) mətbuat katibi Zaza Qabuniya deyib.

"Gürcüstanın dünya siyasətindəki yerini bilmək çox önəmlidir. Strateji əməkdaşımızın bu haqda fikirləri bizim üçün vacibdir. Tərəfdaşlarımızı baxışlarımızla tanış etmək imkanı da əldə edəcəyik", -  Tarqamadze deyib.

XDH liderlərinin səfəri bir həftə sürəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti