...

Azərbaycanda ötən il daxili işlər orqanları tərəfindən mənzil oğurluğu ilə məşğul olan 46 cinayətkar qrup zərərsizləşdirilib – DİN-in İdarə rəisi

Siyasət Materials 2 Aprel 2009 20:07 (UTC +04:00)
Azərbaycanda ötən il daxili işlər orqanları tərəfindən mənzil oğurluğu ilə məşğul olan 46 cinayətkar qrup zərərsizləşdirilib – DİN-in İdarə rəisi

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ötən il daxili işlər orqanları tərəfindən 515, o cümlədən keçmiş illərdən bağlı qalmış 25 mənzil oğurluğunun açılması təmin edilib. Trend -un məlumatına görə, bu barədə cümə axşamı Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bildirib.

İdarə rəisi qeyd edib ki, bu cinayətləri törətmiş 103 nəfərdən ibarət 46 cinayətkar qrup və dəstə müəyyən edilərək zərərsizləşdirilib.

Baş Cinayət-Axtarış İdarəsi tərəfindən bağlı qalmış mənzil oğurluqları üzrə 400-dən çox əməliyyat-axtarış işi öyrənilib.

"Mənzillərdən oğurluqların qarşısının alınması və açılması sahəsində görülən işlərin vəziyyəti"nə və "Mühafizə hissələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş Kollegiya iclası keçirilib.

İclasda çıxış edən daxili işlər naziri Ramil Usubov mühafizəyə cəlb edilmiş obyektlərdə, mənzillərdə siqnalizasiya sistemlərinin tətbiqinin müvafiq hadisələrin azalmasını şərtləndirən əsas amillərdən biri kimi diqqətə çatdırıb.

O qeyd edib ki, bu növ cinayətlərin qarşısının alınması, açılması, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyət bütövlükdə məqsədyönlü xarakter daşıyıb, habelə əməliyyat-xidməti fəaliyyətin düzgün təşkili, o cümlədən insanların Konstitusiya ilə müəyyən olunmuş mülkiyyət hüququnun təmin edilməsi mühüm əhəmiyyət kəsb etdiyindən orqan və hissələrin fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.

Usubov görülmüş müsbət işlərlə yanaşı, vətəndaşların mənzillərinə, obyektlərə siqnalizasiya sistemlərinin tətbiqinin təşkilində, mənzillərdən oğurluqların qarşısının alınması və açılması yönümündə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib.

Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev bildirib ki, əvvəlki illərlə müqayisədə mərkəzləşdirilmiş mühafizə məntəqələri ilə qorunan obyektlərin və mənzillərin sayı bir neçə dəfə, siqnalizasiya sistemlərinin köməyi ilə mühafizə olunan mənzillərin sayı 2006-cı ilin sonu ilə müqayisədə 450 ədəd artıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti