...

Bizim milli valyutamız – manatımız sabitdir və sabit olaraq qalacaqdır - prezident İlham Əliyev

Siyasət Materials 7 Aprel 2009 02:03 (UTC +04:00)
Bizim milli valyutamız – manatımız sabitdir və sabit olaraq qalacaqdır - prezident İlham Əliyev

Bizim milli valyutamız - manatımız sabitdir və sabit olaraq qalacaqdır, deyə Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib. Bu barədə AzərTac dövlət informasiya agentliyi məlumat yayıb.

Prezidetn qeyd edib ki, hazırda dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyübdür, böyük ölkələr, kiçik ölkələr, region ölkələri bu böhrandan əziyyət çəkir.

"Ölkələrin milli valyutaları qiymətdən düşür. O cümlədən MDB məkanında, bizim regionumuzda milli valyutalar 10 faiz, 20 faiz, 30 faiz, 50 faiz səviyyəsində qiymətdən düşür. Bu o deməkdir ki, milli pul qiymətdən düşdükcə, alıcılıq qabiliyyəti də azalır və beləliklə, insanlar bundan birbaşa əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət tam başqadır. Bütün dünyada, demək olar ki, dünya ölkələrində 2009-cu ilin birinci rübündə iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda isə iqtisadi artım müşahidə olunur" prezident deyib.

İlham Əliyev qeyd edib ki, bəzi bədxahlar - Azərbaycana paxıllıqla yanaşan və bizim uğurlarımızı qəbul etmək istəməyən dairələr, adətən, Azərbaycanın uğurlu iqtisadi inkişafını neft amili ilə bağlayırlar.

"İndi neftin qiyməti 3-4 dəfə aşağı düşübdür. Bu il müəyyən səbəblərə görə Azərbaycanda neft hasilatı aşağı düşübdür. Amma buna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı artır" deyə dövlət başçısı bildirib.

Prezident bildirib ki, ona birinci rübün ilkin rəqəmlərini artıq çatdırılıb, indi tam təhlil aparılır. Onun sözlərinə görə, rəqəmlər göstərir ki, birinci rübdə Azərbaycanda qeyri-neft sektorunda 14 faiz artım var.

"Budur bizim iqtisadi və siyasi islahatlarımızın nəticəsi. Budur real iqtisadiyyatı şaxələndirmə siyasətinin nəticəsi. Biz buna nail ola bilmişik. Daxili istehsalı təşviq etməklə, kreditlərin verilməsini təmin etməklə, özəl sektorun maraqlarını müdafiə etməklə və digər tədbirlər nəticəsində neft amilindən asılılığımızı xeyli dərəcədə azalda bilmişik. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha böyük addımlar atılacaqdır", Azərbaycan prezidenti bəyan edib.

Xəbər lenti

Xəbər lenti