...

Ermənistan-Türkiyə sərhədlərinin açılması Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək – Türkiyə müxalifətinin lideri

Siyasət Materials 10 Aprel 2009 16:54 (UTC +04:00)
Ermənistan-Türkiyə sərhədlərinin açılması Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək – Türkiyə müxalifətinin lideri

Ermənistan-Türkiyə sərhədlərinin açılması Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək. Türkiyənin NTV telekanalının cümə günü verdiyi xəbərə görə, bu barədə müxalifətyönlü Respublika Partiyasının lideri Dəniz Baykal bildirib.

"Ermənistanla sərhədlərin açılması Türkiyə və Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək", - deyə Baykal Mersin şəhərində keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. Ermənistan Prezidenti Serj Sarkisyan 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununu birgə seyr etmək üçün Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Gülün səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti