...

Qazaxıstan Prezidenti aprelin 15-19-da Pekinə rəsmi səfər edəcək

Siyasət Materials 13 Aprel 2009 18:05 (UTC +04:00)

Qazaxıstan, Astana, 13 aprel / Trend , müxbir K.Arınova /

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Çin Xalq Respublikası Prezidenti Xu Tszintaonun dəvəti ilə aprelin 15-19-da Pekinə rəsmi səfər edəcək. Bu barədə ÇXR-in fövqəladə və səlahiyyətli səfiri Çen Qopin məlumat verib.

"Çin tərəfi bu hadisəyə böyük əhəmiyyət verir", - deyə Çen Qopin bildirib.

Səfər zamanı Qazaxıstan lideri Nazarbayevin ÇXR-in sədri Tszintao, Ümumçin Xalq Nümayəndələr Məclisinin daimi komitəsinin rəhbəri U Banqo və Dövlət Şurasının Baş naziri Ven Tszyabao ilə görüş keçirməsi və danışıqlar aparması planlaşdırılıb. Qazaxıstan dövlət başçısının Boao şəhərində keçiriləcək iqtisadi forumda iştirakı gözlənilir.

"Səfər zamanı tərəflər müxtəlif sahələrdə, əsasən də energetika sahəsində əməkdaşlığa dair tarixi əhəmiyyətə malik bir sıra sənədlər imzalayacaqlar", - deyə çinli diplomat bildirib.

Qazaxıstan-Çin strateji tərəfdaşlığının inkişaf imkanları, müxtəlif sahələrdə iki dövlət arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin yüksək səviyyədə müzakirə olunacağı gözlənilir. Səfər zamanı, həmçinin regional və beynəlxalq problemlər, o cümlədən qlobal maliyyə böhranının aradan qaldırılması məsələləri üzrə fikir mübadiləsi aparılacaq.

Çin səfirliyinin məlumatına görə, ötən il iki dövlət arasında mal dövriyyəsi əvvəlki ilin göstəricisini 26,5 faiz üstələyərək 17 550 mln. dollara çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti