...

Müxalifət Gürcüstan üzrə bütün tərəfdarlarını səfərbər etməyi söz verir

Siyasət Materials 16 Aprel 2009 19:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın qeyri-parlament müxalifəti tərəfdarlarının səfərbərliyini elan edib və Tbilisi üzrə onların qeydiyyatını aparır. Bu barədə Gürcüstan parlamenti qarşısında informasiya brifinqinə toplaşmış minə yaxın insana müxalifət təmsilçisi İrakli Melaşvili deyib.

"Biz müqavimət komitələri yaradırıq və orada tərəfdarlarımız qeydiyyata alınacaq. Gürcüstan Prezidentinə sübut edəcəyik ki, Tbilisi sakinləri onu prezident görmək istəmirlər", - Melaşvili deyib.

Melaşvili onu da bildirib ki, aprelin 21-də Tbilisiyə Gürcüstanın hər yerindən insan axını olacaq.

"Gürcüstanda Saakaşvilini istəmədiklərini sübut edəcəyik və aksiyalarımız 21-dən etibarən daha sərt olacaq", - Melaşvili qeyd edib.

Hazırkı günə qədər aksiyalar Gürcüstan parlamenti, Prezidentin Avlabari iqamətgahı və Birinci kanal qarşısında keçirilir. Sözügedən yerlərdə onlarla müxalifət fəalları həbsxana kameralarına atılmış dustaqları yamsılayaraq bütövlükdə gürcü xalqının dustaq olduğunu demək istəyirlər.
 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti