...

Əfqanıstanın problemləri yalnız hərbi yolla həll oluna bilməz – amerikan general (MÜSAHİBƏ)

Siyasət Materials 23 Aprel 2009 08:49 (UTC +04:00)
Əfqanıstanın problemləri yalnız hərbi yolla həll oluna bilməz – amerikan general (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 22 aprel / Trend müxbir D.İbrahimova/

Trend -un fars redaksiyasının Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin (ISAF)  Baş komandanı, general David MakKirnanla eksklüziv müsahibəsi

- Bir ay əvvəl siz demişdiniz ki, müttəfiq qüvvələr Əfqanıstanda "qələbə qazanmır". Başqa müsahibənizdə isə Əfqanıstanda "qələbə qazanmaq üçün" olduğunuzu demişdiz. Sizcə ölkədəki cari qeyri-sabitliyin arxada qoyulması üçün nə edilməlidir? Hansı addımları atmaq lazımdır ki, dünya Əfqanıstanda həqiqi nəticələr və yaxşılaşmanı görə bilsin?

- Bütün ölkələr Əfqanıstandakı qələbədə maraqlıdır və ona yalnız əfqanların özlərinin istəyi ilə əldə etmək olar. Əfqanıstanda qələbə əfqanların özlərinin dəstəkləyəcəyi, ölkədə həqiqi və möhkəm təhlükəsizlik deməkdir. Burada həm də əhalinin sosial-iqtisadi tələbatlarını ödəyə biləcək gələcəyə doğru perspektivlərin yaxşılaşması və səmərəli idarəetmə nəzərdə tutulur. Bizim ekstremistlərin qismində ümumi düşmənimiz var və biz əfqan xalqına onları həyat təhlükəsizliyindən məhrum edənlərə qarşı mübarizədə yardım etməyin tərəfdarıyıq.

Hələ ki, biz tam uğur qazana bilməmişik, onun yolundayıq. Əfqan milli ordusu artır - bu, etibarlı, hörmətəlayiq dövlət orqanıdır. Ölkənin üsyançılardan təmizləmək üçün keçirilən əməliyyatlarda o, getdikcə daha çox iştirak etməyə başlayıb. Bu Əfqanıstanda həqiqi uğurdur. Eyni zamanda biz Əfqanıstan milli polisini, onun uğur qazanmağa başlaması üçün onu inkişaf etdirmək üçün daha çox işlər görməliyik. Həmçinin qəbul etmək lazımdır ki, Əfqanıstandakı durum regional problemdir və onun həllində Pakistanın iştirakı tələb olunur. İki ölkə arasında sıx münasibətlər şübhəsiz ki, üsyançıların Pakistanda gizlənmə imkanını istisna edir. Bu, həm əfqan, həm də Pakistan xalqı üçün təhlükədir. Pakistan (taliblərlə mübarizədə) icmaların yaşayış rayonlarında müəyyən uğurlar əldə edib. Amma ona hələ çox şey etmək lazımdır.

Əfqanıstan xalqı onilliklər ərzində müxtəlif münaqişələrlə qarşı-qarşıya qalıb və əlbəttə, dəyişikliklər üçün vaxt lazımdır. Biz Əfqanıstan hökümətinə onun təhlükəsizlik və sabitliyi bərpa etmək səylərində dəstəyimizi, həmçinin BMT və beynəlxalq ictimaiyyətlə ölkənin inkişafı və yenidənqurmasına yardım məqsədilə əməkdaşlığımızı davam etdirəcəyik.

- "Mülayim taliblər"in hökümətlə danışıqlara cəlb olunması fikirini necə qiymətləndirirsiniz? Bu, "Taliban" hərəkatının nümayəndələrinin radikal fəaliyyətinin dayandırılması yolunda ilk obyektiv addım ola bilərmi?


- Əfqanıstanın qarşısında duran problemlər, tamamilə hərbi yolla - təkcə güllə və bomba ilə həll edilə bilməz. Son nəticədə istənilən ölkədə zorakılığın qarşısının alınması üçün siyasi qərarlar lazımdır. Bu planda Əfqanıstan başqalarında fərqlənmir, amma bu cür barışıq yalnız əfqan qərarı ola bilər. Bu, Əfqanıstan hökümətinin məsələsidir və ona ISAF kimi qüvvələrin müdaxiləsi, həmçinin siyasi diskussiya zamanı bizim tərəfimizdən təsir yersiz olardı. Yerli "mübarizlər"ə qarşı mübarizənin İSAF tərəfindən dəstəklənməsi isə çox səmərəli olardı. Biz ümid edirik ki, yerli döyüşçülər Əfqanıstanın konstitusiyasına uyğun olaraq sabiq xalqın üstünlüyünü qəbul edəcək və silahı yerə qoyacaq. Bununla barışmaq istəməyənlərə gəlincə isə, Əfqanıstan milli ordusu və ISAF onlarla mübarizə aparacaq.

- Əfqanıstan prezidentinin seçkiləri avqustda keçiriləcək. Hansısa namizədin ölkədəki hazırkı durumu dəyişə biləcəyinə inanırsınızmı? Əfqanıstanın seçkilərdən sonrakı gələcəyini necə görürsünüz?

- ISAF qarşıdakı seçkilərdə heç bir namizədi dəstəkləməyəcək. Biz daha çox ölkədə azad, ədalətli və təhlükəsiz seçkilərin tərəfdarıyıq. Biz Əfqanıstanın milli təhlükəsizlik qüvvələrinin formalaşdırılmasında verdiyimiz dəstəyi seçkilərin keçirilməsinə də verməyə hazırıq. İlk vacib olan məqam odur ki, əfqan xalqı onun marağını hökümətdə kimin təmsil edəcəyini müəyyənləşdirməyə demokratik hüquqa malikdir. Bundan başqa, lazımi qaydada seçilmiş hökümət əfqan xalqının üsyançılarda imtinasına rəsmi sübutdur. Bu il 4,5 milyon yeni seçicinin qeydiyyatdan keçməsi faktı insanların "Taliban" və başqa analoji eksptremistlərə qarşı səs verməsi deməkdir. Onilliklər ərzindəki zor tətbiqi və dağınıqlıqdan sonra bu, ölkədəki həqiqi irəliləyişin işarəsidir.

Əfqanıstanın seçkilərdən sonrakı gələcəyinə gəlincə, mən nikbin fikirlərə köklənmişəm. İş qabiliyyəti olmayan dövlət hadisələrin həlli üçün variant deyil. Əfqanıstan rəhbər orqanlarının qarşısında duran məsələlər aşkardır. İnsanlar regionlarda idarəetmənin səmərəliliyinin artırılmasına, xidmət təklifi sisteminin təkmilləşdirilməsi və daha böyük məsuliyyətə istiqmətlənmiş daha fəal addımların tərəfdarıdır. Korrupsiya insanların inkişafı və tələbatını pozan problem olaraq qalır. Ölkədəki yeni administrasiyanın kimliyindən asılı olmayaraq o, bu problemlərlə məşğul olmalıdır və mən hesab edirəm ki, bu, ölkənin durumuna müsbət təsir edəcək.

- "Manas" aviabazasının bağlanılmasından sonra NATO-nun Əfqanıstana gedən yüklərinin İran ərazisi ilə ötürülməsi varinatı müzakirə olunurdu. Bunu nə dərəcədə real sayırsınız?

- Əfqanıstandakı NATO qüvvələri etibarlı və möhkəm tədarük xəttindən yararlanır. Bizim missiyamız maddi-texniki yardımı cənubda Pakistandan, şimalda isə başqa qonşu ölkələrdən alır. "Manas" İSAF-ın yüklərinin daşınması üçün yollardan biridir. NATO İranın Əfqanıstana yanaşmada ümumi maraqlara malik olduğunu etiraf edir və dialoqu alqışlayır. İran ərazisindən yüklərin daşınması varinatına gəlincə, bu marşrutlar ikitərəfli danışıqlardan sonra fəaliyyətə başlaya və alyansın ölkələrinin İranla razılığa gələcəyi halda qüvvəyə minə bilər. Hələ ki, İran ərazisindən heç bir marşrut salınmayıb.
 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti