...

Qəbələ RLS-dən mümkün istifadə ilə bağlı bütün müzakirələr ilk növbədə Bakı ilə razılaşdırılmalıdır – ABŞ səfiri

Siyasət Materials 27 Aprel 2009 15:16 (UTC +04:00)
Qəbələ RLS-dən mümkün istifadə ilə bağlı bütün müzakirələr ilk növbədə Bakı ilə razılaşdırılmalıdır – ABŞ səfiri

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Е.Оstapenko / 

"Qəbələ RLS-dən mümkün istifadə ilə bağlı bütün müzakirələr ilk növbədə Bakı ilə razılaşdırılmalıdır", - ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakı Slavyan Univeristetində tələbələrlə görüş zamanı bildirib.

"Hələ Prezident Buşun Administrasiyası zamanı ABŞ Rusiya ilə RƏM sistemi üzrə məhsuldar dialoqun qurulmasına cəhd edib. Bu dialoq çərçivəsində Rusiya Qəbələ RLS-i RƏM sisteminin bir hissəsi kimi təqdim edirdi. Biz inanmırıq ki, Qəbələ bizim Çexiya və Polşa ilə müzakirə etdiyimiz bütün imkanları əvəzləyə bilsin", - səfir deyib.

Dersinin sözlərinə görə, Prezident Obama RƏM məsələsini və nüvə təhlükəsini azaltmaq məqsədli vasitəni nəzərdən keçirir. Bu vasitə texniki də daxil olmaqla, bir neçə faktor üzərində əsaslanır.

"RƏM vacibdir və biz - ABŞ, Avropa, Azərbaycan və Rusiya - Şimali Koreya və İrandan gələn təhlükənin qarşısını ala bilərik və bunun həllini RƏM üzrə axtarırıq", - səfir əlavə edib.

Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya, Azərbaycanın daxili siyasi vəziyyətinə baxmayaraq, stansiyadan istifadəni davam etdirirdi.

RLS-in icarəyə verilməsi barəsində on illik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan parlamentinin müzakirə predmeti olub. 2006- cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14.4 mln. dollara qədər artırılması barəsində məsələ qaldırıb.

2004-cü ilin sonunda Ekologiya Nazirliyi stansiyanın elektromaqnit şüalanmasının təbiətə və insan səhhətinə təsiri ilə bağlı monitorinq elan edib. Müxtəlif yerli ekoloji təşkilatlar təsdiq edirlər ki, stansiyadan buraxılan elektromaqnit şüaları həm ətraf mühitə, həm də insan orqanizminə mənfi təsir göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti