...

Gürcü radikallar prezidentlə görüşə hazırdırlar

Siyasət Materials 4 May 2009 12:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan radikal müxalifəti ölkə prezidenti Mixail Saakaşvili ilə görüşə hazırdır və hökumətə görüşün yeri və vaxtını bildirməyi təklif edir. Bunu Gürcüstan İctimai Televiziyasının canlı efirində müxalifətin liderlərindən biri Levan Qaçeçiladze deyib.

Onun sözlərinə görə, "görüş zamanı müzakirə olunacaq mövzu dəyişmir - ölkə başçısının istefası". Qaçeçiladze həmçinin qeyd edib ki, silahdaşı - "Gürcüstan naminə Alyans"ın lideri İrakli Alasaniyanın əvvəlcə verdiyi görüşməmək qərarından imtina edərək Saakaşvili ilə görüşmək niyyətinə "hörmətlə" yanaşır.

Qaçeçiladze hesab edir ki, öz növbəsində Saakaşvili "yalnız öz hakimiyyət müddətini artırmaq" üçün müxalifətlə dialoqa hazırdır.

Əvvəllər Mixail Saakaşvili dəfələrlə müxalifəti danışıqlar stolu arxasına oturmağa çağırıb. Ancaq hər dəfə imtina ilə qarşılaşıb.

Müxalifət çərşənbə axşamı nəinki öz hərəkətlərini fəallaşdırmaq, həm də Tbilisiyə bütün girişləri bağlamaq niyyətindədir. Bazar ertəsi mayın 4-də İctimai Televiziyanın binası qarşısındakı piket yenidən bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti