...

Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə imzaladağı razılaşma beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub – Gürcüstan XİN

Siyasət Materials 4 May 2009 16:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /

Rusiyanın Abxaziya və Cənubi Osetiya separatçı rejimləri ilə sərhədlərin birgə mühafizəsi barədə imzaladığı razılaşma ABŞ və beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub. Bu barədə ənənəvi brifinq zamanı Gürcüstan XİN-in Siyasi Departament rəhbəri Zurab Kaçkaçişvili deyib.

Onun sözlərinə əsasən, bütün beynəlxalq təşkilatlar bir səslə qeyd ediblər ki, Rusiya tərəfindən atılan addım atəşkəs haqqında "Sarkozi razılaşması"na ziddir. "Dünəndən etibarən Qlask rayonunda administrativ sərhədlərin möhkəmləndirilməsinə başlanılıb. Bu bütün beynəlxalq normaların pozulması deməkdir", - Kaçkaçişvili qeyd edib.

Onun sözlərinə əsasən, Abxaziya və Cənubi Osetiyada Rusiyanın qeyd etdiyi 3700 hərbçidən də artıq qüvvə cəmlənib.

"Abxaziyanın de-fakto prezidenti olan Sergey Baqapş müsahibələrinin birində deyib ki, hər iki regionda 10 mindən artıq rus hərbçisi var. Lakin digər mənbələrdən verilən məlumata əsasən, hərbçilərin sayı daha çoxdur", - Kaçkaçaşvili vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti