...

Azərbaycan Avroatlantik məkanda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır – NATO-nun baş katibi

Siyasət Materials 5 May 2009 10:36 (UTC +04:00)
Azərbaycan Avroatlantik məkanda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır – NATO-nun baş katibi

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Avroatlantik məkanda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır, NATO-nun baş katibi Yaap de Xop Sxeffer çərşənbə axşamı Bakıda Azərbaycan-NATO tərəfdaşlığının 15 illiyinə həsr olunmuş konfransa göndərdiyi video çıxışında bildirib.

"Azərbaycan sülhməramlıları İSAF-la birgə Əfqanıstanda xidmət göstərir. Azərbaycanın İSAF-a verdiyi töhvəsi ölkənin iradəsindən xəbər verir. Etibarlı tərəfdaş kimi Azərbaycanla regional təhlükəsizlik məsələlər üzrə əməkdaşlıq aparırıq", - Sxeffer bildirib.

Trend -un arayışı: NATO - Azərbaycan münasibətləri 1992 - ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997- ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Rəsmi əməkdaşlıq Azərbaycanın 1994 - cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından sonra başlayıb. İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO - nun Azərbaycanla əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir. Hazırda Azərbaycanın hərbi qüvvələri NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarının keçirilməsinə dəstək göstərib.

Baş katibin sözlərinə görə, bu əməkdaşlıq yalnız Əfqanıstanda sülhməramlıların xidməti ilə kifayətlənmir, Azərbaycan həm də öz ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində əməkdaşlıq edir.

Sxefferin sözlərinə görə, Azərbaycanın NATO ilə əməkdaşlığının bir istiqaməti də ölkənin güc strukturları, hüquq-mühafizə orqanları sahəsində müvafiq islahatların aparılması və standartlara uyğunlaşdırılmasıdır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti