...

Gürcüstan müxalifəti mərkəzi avtomagistrallarda piketə başlayır

Siyasət Materials 5 May 2009 12:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan radikal müxalifəti bu gündən etibarən mərkəzi avtomagistrallarda piketə başlayır. Bu gün saat 16:00-dan 17:00-a qədər xəbərdarlıqedici aksiyalar keçiriləcək, müxalifət bir saat ərzində Tbilisiyə bütün giriş və çıxışları bağlayacaq.

Mayın 8-də piketlər regionların mərkəzi trasslarında olacaq və Saakaşviliyə istefa qərarını vermək üçün 72 saat veriləcək. Tələbin yerinə yetirilməməsi halında müxalifət mayın 11-dən etibarən mərkəzi trasslarda daimi piketə başlayacaq.

Piket yerləri mayın 10-da açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti