"Ermənistan NATO-nun Gürcüstanda mayın 6-da başlayacaq təlimlərində iştirak etməyəcək", - İnterfaks-a İrəvandakı diplomatik dairələrdəki mənbələr məlumat verib.
Onların sözlərinə görə, bu gün ərzində bu haqda rəsmi məlumat təqdim olunacaq.
Ermənistan müdafiə nazirinin mətbuat katibi, polkovnik Seyran Şahsuvaryan hələ ki, bu informasiyanı İnterfaks-a təsdiqləməyib, yalnız "Ermənistan XİN-in rəsmi bəyanatını gözləməyi" məsləhət görüb.