Gürcüstan, Tbilisi, 06 may / Trend , müxbir N.Kirtsxalia /
Tbilisidə casusluqda şübhəli bilinən tanınmış hərbi ekspert Vaxtanq Maisay güc strukturları əməkdaşları tərəfindən saxlanılıb. O, ölkənin Daxili İşlər Nazirliyinin Əks Kəşfiyyat Departamentinin əməkdaşları tərəfindən işlədiyi universitetin binasında saxlanılıb.
Onun həyat yoldaşının jurnalistlərə verdiyi məlumata görə, Departament nümayəndələri evdən Maisayın kompyuterini və disklərini aparıblar.
Bütün gecə onu sorğu-sual ediblər, lakin səhərə yaxın DİN-in binasından çıxan vəkillər heç bir şərh verməyiblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]