...

Azərbaycan Konstitusiyasının qəbul edilməsində Heydər Əliyevin gərgin liderlik əməyi danılmazdır - birinci vitse-spiker

Siyasət Materials 7 May 2009 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Konstitusiyasının hazırlanmasında və onun qəbul edilməsində Heydər Əliyevin gərgin liderlik əməyi danılmazdır, cümə axşamı "Gülüstan" sarayında "Heydər Əliyev ideyaları: XXI əsrdə Azərbaycanın inkişaf yolu" mövzusunda konfransda çıxışı zamanı Milli Məclisin (Parlament) birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

"Konstitusiyanın qəbulu Azərbaycanın dünya birliyində nüfuzunun daha da artırılması baxımından mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir", - Əsgərov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin qurucusudur.

"Ümumiyyətlə, hüquqi, konstitusiyon dövlət hər xalqa nəsib olmayan anlayışdır. Bizim xoşbəxtliyimiz ondadır ki, ümummilli lider Heydər Əliyev eyni zamanda dövlətimizin hüquqi əsaslarını qurub", - birinci vitse-spiker əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvləri konfransdan öncə bu gün ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti