...

Azərbaycan Respublikasının Prezidenti Niderland Krallığının Baş naziri ilə görüşüb

Siyasət Materials 7 May 2009 21:08 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderlan Krallığının Baş naziri Yan Peter Balkenende ilə görüşmüşdür, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  .

Görüşdə Baş nazir Yan Peter Balkenende Azərbaycanın çox əlverişli geosiyasi məkanda yerləşdiyini və iqtisadi əməkdaşlıq üçün böyük potensiala malik olduğunu vurğuladı. O, Niderlandın, eləcə də bu ölkənin şirkətlərinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi.

Azərbaycanın da Niderland Krallığı ilə ikitərəfli əlaqələri genişləndirmək istədiyini qeyd edən Prezident İlham Əliyev dedi ki, ölkəmiz bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafında maraqlıdır.

Dövlətimizin başçısı Azərbaycanda iqtisadi fəaliyyətə başlamaq istəyən Niderland şirkətlərinə dövlət tərəfindən lazımi dəstəyin veriləcəyini bildirdi.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti