...

İranın eks-spikeri və sabiq baş naziri prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçiblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 May 2009 11:41 (UTC +04:00)
İranın eks-spikeri və sabiq baş naziri prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçiblər (ƏLAVƏ OLUNUB)

İranın İslahatçılar düşərgəsindən olan, sabiq baş nazir Mirhüseyn Musəvi növbəti prezident seçkilərində iştirak etmək üçün Seçki Komitəsinə müraciət edərək qeydiyyatdan keçib. Bu barədə FARS  xəbər agentliyi məlumat verib.

Məlumata əsasən, İranın sabiq baş naziri Musəvi mayın 9-da İslahatçılar düşərgəsindən olan digər namizəd Mehdi Kərrubidən sonra  Seçki Komitəsinə müraciət edərək namizədlik üçün sənədlərini təhvil verib və rəsmən növbəti prezident seçkilərində iştirak etməsi bərədə elan edib.

İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək. Musəvinin əsas rəqibləri hakim Mühafizəkarlar koalisiyasının üzvu Möhsün Rezayı, hazırki prezident Mahmud Əhmədinejad , İslahatçılar düşərgəsindən olan Mehdi Kərrubidir.

Mayın 5-də İranın Seçki Komissiyasında prezidentliyə namizədlərin rəsmi qeydiyyata alınması prosesinə start verilib. Namizədlərin qeydiyyata alınması bu gün (mayın 9-da) başa çatacaq.

İranın Seçki Komitəsinin məlumatına əsasən, indiyədək 229 nəfər komitəyə müraciət edərək gələcək prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 213 nəfər kişi, 16 nəfər isə qadındır. İranda 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı 1014 nəfər rəsmi qeydiyyatdan keçmiş, İranın Nəzarət Şurası onlardan yalnız 7 nəfərin səlahiyyətini təsdiq etmişdi.

İranda siyasi xadimlərdən indiyədək İran prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi rəsmi qeydiyyatdan keçiblər

İranda prezident seçkiləri dörd ildən bir keçirilir. Nəzarət Şurası tərəfindən təsdiq edildikdən sonra namizədlər seçki prosesində iştirak edə bilərlər. Prezident seçilən şəxs isə ali dini rəhbər tərəfindən təsdiq edildikdən sonra status ala bilər. Ali dini rəhbərdən sonra ölkənin ikinci adamı olan prezident bütün icra aparatına nəzarət edir, daxili və xarici siyasəti müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti