...

Tərəfdaşlarımızın Rusiyaya təzyiqi öz bəhrəsini verir - deputat

Siyasət Materials 13 May 2009 12:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 may / Trend , müxbir N.Kirtsxaliya /  

Avropa Şurasının Madriddə Nazirlər Komitəsində qəbul edilən qətnamə tərəfdaşlarımızın Rusiyaya təzyiqinin öz bəhrəsini verdiyinə dəlalət edir. Bunu jurnalistlərə xarici əlaqələr üzrə parlamnet komissiyasının sədri Akaki Minaşvili deyib.

"Tərəfdaşlarımızın yardımı ilə, addım-addım Rusiyanı geri çəkilməyə məcbur edəcəyik", - o bildirib.

Aİ-nin qətnaməsində bildirilir ki, Rusiya-Gürcüstan müharibəsi mövzusu Aİ sessiyalarının hamısında müzakirə ediləcək. Qətnamənin 14-cu bəndində o da yazılıb ki, qitədəki münaqişələr demokratik inkişafa mane olur. Ona görə də bütün ölkələr beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərə riayət etməlidirlər.

Minaşvili həmçinin bildirib ki, Rusiyaya xəbərdarlıq edilib. Bu dövlət ötən ilin avqustunda daimi yaşayış yerlərindən qovulmuş qaçqınların qayıtmaları üçün kömək etməlidir.

"Həmçinin Rusiyanın 2008-ci il 12 avqust tarixində imzalanan altı bənddən ibarət Sarkozi-Medvedyev müqaviləsini də yerinə yetirməli olduğu qeyd olunur", - o deyib.

Xəbər lenti

Xəbər lenti