...

İranın neft-qaz sənayesinə 70 milyard dollar sərmayə yatırılıb - nazir

Siyasət Materials 18 May 2009 14:50 (UTC +04:00)

"Ötən 4 il ərzində İranın neft-qaz sənayesinin müxtəlif sahələrinə (qazma, hasilat, kəşfiyyat və emal) 70 milyard dollardan çox sərmayə yatırılıb ki, bunun 48 milyardı daxili, qalan hissəsi isə əcnəbi investorların payına düşür" - İranın neft naziri Qulamhüseyn Nozəri bu gün bildirib. Bu barədə İran telelviziyası məlumat verib. 

"Fars körfəzində Setare neft emalı zavodunu inşa etdikdən sonra biz gün ərzində 35 milyon litr benzin istehsal edəcəyik və benzin idxalına son qoyacağıq", - Nozəri deyib. 

Nozəri əlavə edib ki, 20 illik inkişaf proqramının məqsədlərinə çatmaq üçün ölkənin nef-qaz sənayesinə 500 milyard dollar sərmayə yatırılmalıdır.

Nazirin sözlərinə əssən, ötən 4 il ərzində neft sənayesinin müxtəlif sahələrində böyük uğurlar əldə olunub.

"Dünyada güclü qaz ixrac edən ölkələr arasında öz mövqeyimizi möhkəmləndirmək üçün beşinci inkişaf proqramı çərçivəsində sutkada 600 milyon kubmetr təbii qaz istehsalını sutkada 1 milyard 100 milyon kubmetrə çatdırmalıyıq",- Nozəri qeyd edib. Onun sözlərinə görə, altıncı inkişaf proqramı çərçivəsində sutkada 1.5 milyard kubmetr təbii qaz istehsal olunacaq. 

Nozəri bildirib ki, 5-ci inkişaf proqramı çərçivəsində xam neft istehsalı sutkada 5 milyon 300 min barelə çatdırılmalıdır. "Neft-kimya məhsullarının illik istehsalı potensialı isə proqram çərçivəsində 50 milyon tondan 75 milyon tona çatdırılmalıdır", - Nozəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti