...

HƏMAS vahid təhlükəsizlik orqanında iştirakdan imtina etdi – FƏTH nümayəndəsi

Siyasət Materials 18 May 2009 19:13 (UTC +04:00)
HƏMAS vahid təhlükəsizlik orqanında iştirakdan imtina etdi – FƏTH nümayəndəsi

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir Ü.Sadıxova /

HƏMAS hərəkatı Qəzza zolağında nəzarəti ələ alacaq vahid təhlükəsizlik orqanının yaradılması prosesində iştirakdan imtina etdi. Bu barədə hakim partiya FƏTH-in rəsmi nümayəndəsi Ziya Əbu Eyn Trend -a deyib.

"HƏMAS Fələstin Milli hökumətinə qayıtmaq barəsində konkret bəyanat verməyib və bu, fikir ayrılığının davam etdiyi deməkdir (FƏTH və HƏMAS arasında)", - telefon bağlantısı zamanı Əbu Eyn Ramallahdan bildirib.

Mübarizə aparan iki Fələstin hərəkatı FƏTH və HƏMAS Qahirədə aparılan danışıqlar zamanı 2010-cu il yanvar ayında parlamentə keçiriləcək seçkilərədək hakimiyyətin funksiyalarını icra edəcək komitə və ümumi təhlükəsizlik orqanının yaradılması barədə razılıq əldə ediblər. Təhlükəsizlik orqanı Qəzzada asayişi bərqərar etməlidir. Bu barədə Misirin MEHA informasiya agentliyi məlumat verib.

İyulun 7-də Misir və digər ərəb ölkələrinin güc strukturlarının nümayəndələri Qəzzada təhlükəsizlik qüvvələrinin təlimi ilə məşğul olmaqdan ötrü regiona yola düşəcək. Məlumatı RİA Novosti yayıb.

Bazar ertəsi Misirin vasitəçiliyi ilə HƏMAS və FƏTH danışıqların beşinci raunduna start verməli idilər.

Lakin FƏTH rəsmisinin sözlərinə əsasən, HƏMAS təhlükəsizlik orqanı komitəsində iştirak etməkdən imtina edib və bu, onların Qəzzanın nəzarətini əldən vermək istəməmələri ilə əsaslandırılır.

"Onlar (HƏMAS) başa düşürlər ki, təhlükəsizlik orqanı komitəsində iştirak etsələr Qəzzaya nəzərət əllərindən çıxacaq", - Əbu Eyn qeyd edib.

Onun sözlərinə əsasən, Misir təhlükəsizlik qüvvələri Qəzzaya nəzarəti ələ aldıqdan sonra məlub olub ki, HƏMAS anklavada təhlükəsizliyi pozur.

Milli Fələstin dialoqunun uğrunda bütün ərəb ölkələri maraqlıdır. Əbu Eynin sözlərinə görə, onlar müsbət nəticə əldə edilənədək dialoqun davam edəcəyi barədə razılığa gəliblər.

"Bütün ərəb ölkələri və Ərəb Ölkələri Liqası fələstin çəkişmələrinə son qoyulması və Fələstin xalqına vahid hökumətin qaytarılması barədə razılıq əldə ediblər", - FƏTH rəsmisi deyib.

2007-ci ilin yayında HƏMAS Qəzzaya nəzarəti ələ keçirdikdən sonra FƏTH-lə danışıqlara son qoyulub. Hərbi toqquşmalar nəticəsində FƏTH Qəzza zolğından sıxışdırılaraq çıxarılıb. 2009-cu ilin yanvar ayının ortalarında İsrail Qəzzada 1300 fələstinlinin ölümünə səbəb olan hərbi əməliyyatları başa çatdırıb. Ərəb dövlətləri Fələstin qruplaşmalarını vahid hökumət yaratmaq məqsədi ilə Milli dialoqu bərpa etməyə çağırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trendşaz

Xəbər lenti

Xəbər lenti