...

İranın Mübariz Ruhanilər Birliyi prezident seçkilərində bitərəf qalacaq

Siyasət Materials 19 May 2009 13:35 (UTC +04:00)

"Birlik öz əvvəlki mövqeyindədir və prezident seçkilərində bitərəf qalaraq, heç bir namizədi dəstəkləməyəcək. Namizədlərin ölkədəki mövcud problemlərin həlli üçün yeni həll yolları varsa, əhaliyə bəyan etsin", - deyə İranın Mübariz Ruhanilər Birliyi Mərkəzi Şurasının üzvi Seyid Rza Əkrəmi çərşənbə axşamı bildirib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Əkrəmi əlavə edib ki, Birlik bəyanat yayaraq, əhalini seçkilərdə aktiv olmağa dəvət etməklə kifayətlənəcək.

"Namizədlər öz platformalarını və proqramlarını açıqlamalıdır. Onlar platformalarını açıqlamaqla əhaliyə səs verməkdə daha düzgün qərar qəbul etməyə kömək edə bilərlər. İnflyasiya, işsizlik, gənclərin ailə qurmalarında qarçıya çıxan problemlər və digər bu kimi məsələlər haqda namizədlər öz proqramlarını açıqlamalıdırlar", - deyə Əkrəmi əlavə edib.

İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali Dini Rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.

İranda siyasi xadimlərdən İran prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi (Mir Hossein Mousavi) rəsmi qeydiyyatdan keçiblər.

Xəbər lenti

Xəbər lenti