Azərbaycan, Bakı, 19 may / Trend , müxbir, K. Zərbalıyeva /
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti arasında hər iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
DSX-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, mayın 19-da Azərbaycana səfər edən Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi Zaza Qoqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan cə Gürcüstan sərhəd xidmətləri arasında əməkdaşlığın vəziyyəti, dövlət sərhədində və dövlət sərhəd buraxılış məntəqələrindəki şərait və əməkdaşlığın gələcək prespektivləri də müzakirə olunub.
Tərəflər beynəlxalq terrorizmə, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılığa qarşı birgə uğurlu mübarizənin aparıldığını, sərhəd xidmətləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyəsinin qorunub saxlanmasının vacibliyini vurğulayıblar.
Görüşün sonunda protokol imzalanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]