"İran "Yer-Yer" "Siccil-2"" raketini müvəffəqiyyətlə sınaqdan keçirib", - deyə İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü İranın Semnan əyalətində çıxışı zamanı bildirib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Əhmədinejad əlavə edib ki, "Siccil-2" raketləri inkişaf etmiş texnologiyalara əsaslanır. "Çərşənbə günü Semnan əyalətində bu raket sınaqdan keçirildi və müvəffəqiyyətlə hədəfi məhv etdi", - Əhmədinejad deyib. "Siccil -2" raketi 2000 kilometrə qədər hədəfi məhvetmə qabiliyyətinə malikdir. Bu raket İranın "Şahab 3" raketlərindən fərqlidir. "Şahab 3" raketləri birdəfəlik atış sisteminə, "Siccil 2" isə iki mərhələli atış sisteminə malikdir.
"Şahab 3" raketlərinin yanacağı mayedir, "Siccil 2" raketlərinin yanacağı isə bərk maddədir.