...

Suriya-İsrail danışıqları müvəffəqiyyətsizliyə uğradı – Suriya Prezidentinin müşaviri

Siyasət Materials 25 May 2009 14:43 (UTC +04:00)
Suriya-İsrail danışıqları müvəffəqiyyətsizliyə uğradı – Suriya Prezidentinin müşaviri

Suriya, Dəməşq, 24 may / Trend , xüsus müxbir Ü.Sadıxova /

"Suriya-İsrail qapalı sülh danışıqları müvəffəqiyyətsizliyə uğradı. Bu, Türkiyənini bacarıqsızlığı üzündən baş vermədi. Əksinə, İsrailin yeni hökumətinin radikal mövqei üzündən baş verdi", - Suriya Prezidenti Bəşər Əsədin birinci müşaviri Buseyna Şaaban Trenb News-a deyib.
 
"Türkiyə ən çox arzuolunan vasitəçidir. Bu səbəbdən İsrailin Türkiyənin səylərinin nəticəsizliyindən şikayət etməsi Təl-Əvivin niyyətlərini gizlətmək cəhdlərindən başqa bir şey deyil", - Şaaban İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin XİN rəhbərlərinin Dəməşqdə keçirilən 36-cı iclasında bildirib.
 
O əlavə edib ki, vasitəçinin kimliyindən asılı olmayaraq, işğal olunmuş Holan yüksəkliklərini qaytarmaqdan imtina edən hazırkı İsrail hökuməti ilə danışıqlar aparmaq faydasızdır. 

Al Jazeera saytının verdiyi məlumata əsasən, ötən həftə İsrail Prezidenti Şimon Peres Suriyanı vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara çağırıb.

Türkiyənin vasitəçiliyi ilə keçirilən Suriya-İsrail qapalı danışıqları Təl-Əvivin Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması səbəbindən 2009-cu ilin yanvar ayında dayandırılıb.

Lakin İsrailin xarici işlər nazirinin 1967-ci ildə işğal edilmiş Holan yüksəkliklərini Suriyaya qaytarmayacaqları barədə verdiyi bəyanatından sonra vəziyyət gərginləşib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti