Gürcüstan, Tbilisi, 25 may / Trend , müxbir N.Kirtsxaliya /
"Gürcüstan naminə Alyans"ın lideri İrakli Alasaniya jurnalistlərə partiya yaratmağa hazırlaşdığını bildirib. "Bu barədə əvvəllər də bildirilib və indi biz hesab edirik ki, partiya yaratmağın vaxtı çatıb", - o, radikal müxalifətin məsləhətləşmələrindən əvvəl jurnalistlərə deyib.
"Bu, müxalifət qüvvələrinin hazırkı durumu ilə heç bir təzad təşkil etmir. Bu, alyansa daxil olan partiya olacaq", - Alasaniya qeyd edib.
O qeyd edib ki, bu mərhələdə vahid liderin namizədliyinin irəli sürülməsinə ehtiyac yoxdur. "Bu liderin adını məsələn, mayın 26-da öyrənəcəyimizi düşünmürəm", - o deyib.
Alasaniya qeyd edib ki, sabah radikal müxalifətin gələcək addımlarının proqramı səsləndiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]