Gürcüstan, Tbilisi, 25 may / Trend , müxbir N.Kirtsxaliya /
Qaçqınlar Konqresi, BMT Baş katibinin Təhlükəsizlik Şurasına təqdim etdiyi məruzəsində Gürcüstanda mövcud reallıqlara presedentsiz qeyri-adekvat yanaşmasına öz narahatlığını ifadə edib,
BMT Baş katibinin məruzəsində ilk dəfə olaraq "Gürcüstanın ərazi bütövlüyü pozulmazdır" və mətndən "Abxaziya, Gürcüstan" ənənəvi ifadəsinin götürülməsi qeydə alınıb, bu gün mətbuat konfransında konqresin sədri David Qulua bildirib. " 2008-ci ilin avqustunda Rusiyanın aqressiyası və ölkə ərazisinin böyük hissəsinin işğalı fonunda bu cür yanaşma bizim tərəfimizdən işğalçı ölkənin və onun beşinci kolonunun bəşəriyyətə qarşı cinayətini ört-basdır etmək cəhdi kimi qəbul edilir", - o bildirib.
Qaçqınlar Konqresi Pan Gi Muna qəti etiraz ifadə edən xüsusi müraciət ünvanlayıb.
"Bizim üçün genosid və zorakılıq ilə hakimiyyəti ələ keçirmiş Abxaziyanın cinayətkar rejiminə qarşı məntiqsiz və qeyri-adekvat yanaşma qəti olaraq qəbuledilməzdir və təəcüb doğurur", - müraciətdə deyilir.
Qaçqınlar Konqresi bəyan edir ki, BMT-nin sülhməramlı prosesinin konfliktin nizamlanması üçün real perspektiv yaratmasını ümid və səbrlə gözləyirdi. " Lakin bu nöqteyi nəzərdən BMT Baş katibinin məruzəsi - narahatlıq predmeti BMT tərəfindən müdafiə olunan qərəzsizliyi və əsas prinsipləri şübhə altına alır. Buna görə də biz hesab edirik ki, məruzədə əks edilmiş yanaşmalar BMT nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Məsuliyyətlə bəyan edirik ki, bu cür münasibət yeni konfliktin yaranmasına səbəb ola bilər", - konqres bəyan edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]