...

Azərbaycan parlamentində Dövlət Bayrağı gününün qeyd olunması müzakirə edilib

Siyasət Materials 26 May 2009 12:40 (UTC +04:00)
Azərbaycan parlamentində Dövlət Bayrağı gününün qeyd olunması müzakirə edilib

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı Dövlət Bayrağı gününün qeyd olunması ilə bağlı təşəbbüslə çıxış edib.

"Prezidentin Dövlət Bayrağı meydanının yaradılması ilə bağlı verdiyi qərar çox vacibdir və dövlət başçısının yaxınlarda bu ərazidə görülən işlərlə tanış olması təqdirəlayiqdir", - Trend -un məlumatına görə, bunu parlamentin çərşənbə axşamı keçirilən iclasında Milli Məclisin üzvü Əli Məsimli bildirib.

Trend -un arayışı: 2007-ci ilin dekabrın 30-da Bakıda Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı meydanının təməli qoyulub.

Burada dövlətimizin başçısı tərəfindən 2007-ci noyabrın 17-də imzalanmış "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında" Sərəncamın mətni də vurulub.

Məsimli, Dövlət Bayrağı meydanının yaradılmasını nəzərə alaraq hər il noyabrın 9-nun Dövlət Bayrağı günü kimi qeyd olunmasını təklif edir.

Trend -un arayışı:Azərbaycan Konstitusiyasının 23-cü maddəsinə əsasən, Azərbaycanın dövlət rəmzləri Dövlət bayrağı, gerbi və himnidir.

Azərbaycanın Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti