Gürcüstan, Tbilisi, 26 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan XİN Gürcüstan-Rusiya sərhədindəki "Yuxarı Lars" NBM-dən hərəkətin bərpası ilə bağlı Rusiya tərəfi ilə məsləhətləşmələrə başlamağa hazırdır. Bu haqda Gürcüstan XİN-in rəsmi nümayəndəsi Şota Qvineriya məlumat verib.
Dünən, RF-nın maraqlarını təmsil edən İsveçrənin Gürcüstandakı səfirliyi, Moksvanın, iki il əvvəl Rusiya tərəfinin heç bir xəbərdarlıq edilmədən və birtərəfli şəkildə bağladığı NBM-in açılması barədə təklifini çatdırıb. Qeyd etmək lazımdır ki, Gürcüstanın rəsmi NBM-lər vasitəsilə Rusiya ilə əlaqəsi yoxdur, çünki vaxtilə Moskva Gürcüstana blokada elan etmişdi.
"Gürcü və rus xalqlarının maraqlarını nəzərə alaraq, biz bu məsələ ilə bağlı danışıqlar aparmağa hazırıq", - Qvineriya deyib.
Qeyd etmək lazımdır ki, bir müddət əvvəl "Yuxarı Lars" NBM-dən hərəkətin bərpası ilə bağlı gürcü tərəfinə rəsmi İrəvan da müraciət etmişdi. Ermənistan ümid edir ki, bu məntəqə vasitəsilə Gürcüstandan tranzit olaraq yüklər daşınacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]