...

Gürcüstanın birləşmiş müxalifəti öhdəliklər xartiyası hazırlayıb

Siyasət Materials 26 May 2009 21:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın birləşmiş müxalifəti öhdəliklər xartiyası hazırlayıb. Stadionda müxalifətin aksiyasında yığışanları sənədlə "Vahid Gürcüstan naminə Hərəkat"ın baş katibi Eka Beseliya tanış edib.  

Onun sözlərinə əsasən, bu xartiya ilə mövcud rejim dəyişdikdən sonra hər bir siyasətci ədalətli və demokratik seçkilərin keçirilməsinə, müstəqil məhkəmə sisteminin və KİV-lərin formalaşmasına və polis üzərində ictimai nəzarətə yardım etmək, eləcə də hakimiyyətin qolları arasında tarazlığı qorumaq barədə öhdəlik götürür.

"Hər bir syasətçi və vətəndaş öhdəlik götürməlidir ki, hazırda baş verən demokratiynın qəsb olunması və dağılması bir daha təkrarlanmasın", - "Yeni sağçılar"ın sədri David Qamkrelidze jurnalistlərlə söhbət zamanı bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti