Gürcüstan, Tbilisi, 26 may / Trend , müx. N.Kirsxalia /
Gürcüstanın radikal müxalifəti dayanmaq fikrində deyil və etiraz aksiyalarını davam etdirəcək.
Müğənni Qiya Qaçeçiladzenin (Utsnobi) "Maestro" televiziya şirkətinin efirində verdiyi məlumata görə, mayın 27-də maşın aksiyası olacaq.
Avtomobil sahiblərinin toplantısı "Respublika" meydanında 12:30-a elan edilib. Buradan maşın karvanları bütün şəhər üzrə hərəkət edəcəklər.
"Bu, birdəfəlik aksiya olmayacaq. Aksiyalar davam etdiriləcək və nə baş verməlidirsə baş verəcək", - Qaçeçiladze bildirib.
Məqalə müəllifi ilə əlaqə: [email protected]