...

Azərbaycanın bir qrup millət vəkili kütləvi zəhərlənmə baş vermiş hərbi hissəyə baş çəkmək niyyətindədir

Siyasət Materials 27 May 2009 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın bir qrup millət vəkili ötən axşam kütləvi zəhərlənmə baş vermiş Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzinə baş çəkmək niyyətindədir. 

"Millət vəkilləri bu gün və ya sabah Təlim Mərkəzinə səfər edib, hadisə ilə bağlı yerində maraqlanacaqlar. Səfərin baş tutması vəziyyətin gedişindən asılı olacaq", - çərşənbə günü Trend -a Orduya İctimai Nəzarət Qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. 

Trend -un arayışı: Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib.  Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib və onların vəziyyətləri kafidir.    

Təlim Mərkəzində qida zəhərlənməsi ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Trend -un arayışı: Ötən ilin oktyabr ayında Azərbaycan ordusunda "dedovşina" faktları aşkarlandıqdan sonra Müdafiə Nazirliyi, millət vəkilləri və QHT nümayəndələrinin təmsil olunduğu Orduya İctimai Nəzarət Qrupu yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti