...

Gürcüstanın ehtiyat xidməti üzrə yeni konsepsiya hazırlanır

Siyasət Materials 29 May 2009 13:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 may / Trend , müxbir N.Kirtsxaliya /

Dünən Gürcüstan Müdafiə Nazirliyində parlamentin müdafiə və təhlükəsizlik üzrə komitəsinin iclası keçirilib.

Deputatlar müdafiə naziri David Sixarulidzenin yeni müdafiə konsepsiyası və işğal olunmuş ərazilərdəki durum haqda məlumatını dinləyiblər.

Nazir komitə üzvlərinə həmçinin Gürcüstan Silahlı Qüvvələrindəki durum haqda da məlumat verib.

İclasda Milli Qvardiyanın yeni komandanı Zurab Arsoşvili qvardiyanın və ehtiyat sistemin yeni konsepsiyası haqda öz təkliflərini təqdim edib. Komitə və qvardiya komandanı bu məsələ üzrə sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti