...

Suriya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarıdır - XİN başçısı

Siyasət Materials 3 İyun 2009 13:43 (UTC +04:00)
Suriya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarıdır - XİN başçısı

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir Ü.Sadıxova /

"Suriya Dağlıq Qarabağ münaqişəsinin ədalətli, tərəflərin maraqlarına cavab verən şəkildə həllinin tərəfdarıdır", - çərşənbə günü Bakıda, bu ölkənin XİN başçısı Valid əl-Muallem deyib.

"Bizim mövqeyimiz - bilavasitə dialoq yolu ilə problemin siyasi həllinin tapılmasıdır. Bakıya səfər etməzdən əvvəl mən Ermənistanda oldum. Həm İrəvan, həm də Bakıda mən tərəflərin sülh müqaviləsi imzalamaq istəyi olduğunu gördüm və münaqişənin ən yaxın zamanda həlli üçün hər şeyi etmək lazımdır", - əl-Muallem bildirib.  

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Nazirin sözlərinə görə, ədalətli həllin tapılması üçün tərəflər cəsarət və siyasi əzm nümayiş etdirməlidirlər. "Suriya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir", - o bildirib.

Suriya XİN başçısı Bakıda rəsmi səfərdədir. Suriyalı nazir prezident Başşar Əsədin Azərbaycana iyulun əvvəlində gözlənilən ilk rəsmi səfərinin hazırlıq məslələrini müzakirə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti